“Ruslar ancaq gücü başa düşürlər. Ona görə də yalnız güclü sanksiyalar və yalnız güclü silahlar olmalıdır. Biz hərəkətə, güc nümayişinə hazırıq”, - Zelenski qeyd edib.
Onun firkincə ki, ABŞ tərəfindən verilən istənilən hücum silahı Rusiya rəhbərliyinin davranışını dəyişməyə qadir amil olacaq. İstifadə edilməsə belə, onların mövcudluğu çəkindirici rol oynayacaq.
- Mən çox istərdim ki, biz güclü olaq. Güc nümayişi Putini danışıqlar masasına oturmağa məcbur edəcək. Bu gücdən istifadə edəcəyimiz fakt deyil, amma Rusiya onun varlığından xəbərdardırsa, bu, artıq müharibəni bitirmək üçün güclü arqumentdir”, - Zelenski güclü silah arsenalının çəkindirici rol oynayacağına diqqət çəkib.
|
| Zelenski: “Putin ABŞ-dən qorxur” | VİDEO |
O, həmçinin bildirib ki, Ukrayna öz silah istehsalına və beynəlxalq tərəfdaşlardan tədarükün sürətləndirilməsinə fokuslanıb. İyulun 16-da müdafiə məsələlərinə dair keçiirlən toplantıda yerli müdafiə sənayesinin inkişafı, müttəfiqlərlə razılaşmalar, ordunun lazımi resurslarla təmin olunması müzakirə edilib.
Eyni zamanda, NATO ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə (HHM) sistemlərinə sahib ölkələrin toplantısını keçirməyə hazırlaşır. Blokun Birləşmiş Silahlı qüvvələrinin Ali Baş Komandanının təşəbbüsü ilə keçirilən görüş bu gün baş tuta bilər. Görüşün əsas məqsədi Rusiyanın davam edən raket zərbələri fonunda Ukraynaya ötürmək üçün əlavə “Patriot” batareyalarının tapmaqdır.
Bununla belə, NATO-ya üzv olan bəzi Avropa ölkələri Donald Trampın onların pulları hesabına Ukraynaya Partiot sistemləri vermək təklifinə qoşulmaycaqalrını açıqlayıblar.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


